Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qəbələ" səfərdə "Qarabağ"a uduzub - 1:2.
Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:
- Artıq 3-cü turda əsas rəqibinizə uduzmaq Roman Qriqorçukun motuvasiyasını azaltmadı?
- Bu heç cür bizim motivasiyamıza təsir edə bilməz.
- Oyununuzda çatışmayan nə idi?
- Çatışmayan ustalıq səviyyəsi idi. Bu, istənilən səviyyədə deyildi. Həmçinin düzgün olmayan qərarlar da oyunumuza təsir etdi. Ustalıq səviyyəsini elə şeydir ki, futbolçunun qabında olmalıdır. Amma bu bütün futbolçulara aid deyil. Ustalıq səviyyəsi qaydasında olan futbolçular da var.
- Rəqibin heyətində Mahir Mədətov kimi gənc futbolçu var. Sizin isə belə futbolçunuz yoxdu. Limit sizin üçün çətinlik yaradır?
- Bugünkü limit üçün oyunçu tapmaq bizə çətindi. Yalnız çıxış yolumuz odur ki, əlimdə olan gənc futbolçulardan istifadə edək.
- Fariz Yusifov sərt oyuna imkan verirdi. Bu sizi narahat etmədi?
- Hakimlik çox yüksək səviyyədə idi. Heç bir narazılığım yoxdur.
- Komandadan ayrılan Xavi Ernandesin gedişi ilə bağlı nə deyə bilərsiz?
- Xavi Ernandesə uğurlar arzu edirəm. Sağ olsun ki, bizimlə birlikdə oldu. Artıq o başqa komandanın futbolçusudur. Yalnız uğurlar arzu edə bilərəm.