Ramil Şeydayevlə Emin Mahmudov "Qarabağ"da? AÇIQLAMA

22:53 - 26 Avqust 2017

"Bu barədə hansısa açıqlama verə bilmərəm. Bütün diqqətimizi "Qəbələ" ilə oyuna yönəltmişdik".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Azərbaycan Premyer Liqasının III turunda öz meydanında "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

 

Matçın ardından "CBC Sport" telekanalına açıqlama verən təcrübəli məşqçi millimizin futbolçuları - Ramil Şeydayev və Emin Mahmudovun adının "Qarabağ"la birgə hallanmasına münasibət bildirib. Qurbanov adıçəkilən futbolçularının transferinin gündəmdə olmadığını bildirib:

 

"Bu məsələ ilə bağlı klubun daxilində müzakirə olmayıb".

 

Qeyd edək ki, Emin Mahmudov ötən gün Portuqaliyanın "Boavişta" klubundan ayrılıb. Ramil Şeydyevin isə yaxın günlərdə Slovakiyanın "Jilina" klubundan ayrılacağı gözlənilir.

Xəbər xətti