Azərbaycanlı məşqçi Türkiyə klubundan ayrıldı ÖZƏL

01:36 - 27 Avqust 2017

Bu yay Türkiyənin "Adanaspor" klubuna idman direktoru vəzifəsinə keçən azərbaycanlı məşqçi Asim İbrahimov komandasi ilə yolları ayırıb.


Sportal.az-ın məlumatına görə, İbrahimovla klub rəhbərliyi arasında anlaşılmazlıq baş verib. Bu səbəbdən İbrahimov komandadan ayrılmaq qərarına gəlib.

 

Qeyd edək ki, "Adanaspor" 1-ci liqada 2 turdan sonra 1 qələbə və 1 məğlubiyyətlə 3 xal toplayaraq turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 


Xatırladaq ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun "Adanaspor"dan əvvəl son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) olub.

Xəbər xətti