Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi olan Norveç milli komandasının heyətində dəyişiklik baş verib.
Sportal.az xəbər verir ki, "Rusenborq"un futbolçusu Tor Reqniassenin əvəzinə yığmaya "Sarpsborq"un müdafiəçisi Siqurd Rosted dəvət edilib. Bunun səbəbi isə Reqniassenin zədədən sonra əvvəlki formasını tam bərpa edə bilməməsidir. 23 yaşlı Rosted karyerasında ilk dəfə əsas yığmada oynamaq imkanı qazanıb.
Qeyd edək ki, Norveç millisi sentyabrın 1-də Azərbaycanla, 3 gün sonra səfərdə Almaniya ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi