"Emin Mahmudovu "Boavişta"dan qovmayıblar"

17:28 - 27 Avqust 2017

Milli komandamızın futbolçusu Emin Mahmudovun agenti Aleksandr Manyakov futbolçunun "Boavişta"dan ayrılmasının səbəblərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "championat.com"a danışan agent ayrılıq qərarını Eminin özünün verdiyini bildirib:

 

"Ayrılıq təşəbbüsü Eminin özündən gəldi. Çünki o, daha çox oynamaq istəyirdi. Bu durum Mahmudovu qane etmirdi. Emin "Spartak" və "Saturn" kimi klublarda çıxış edib. O, Portuqaliyada özünü xoşbəxt hiss edir. Ailəsi də burada xoşbəxt idi və özü də komanda ilə yaxşı münasibət saxlayırdı. Emini "Bavişta"dan qovmayıblar, sadəcə, az şans qazandığı üçün bu addımı atdı.O, dəfələrlə söyləyib ki, çox oynamaq istəyir".

 

Manyakov təkliflərdən danışıb:

 

"Eminə Rusiya və Avropa klubları maraq göstərir. Mahmudov Rusiyanın I Divizionunda o halda çıxış edər ki, həmin komandanın Premyer Liqa hədəfləri olsun. Premyer Liqa klubları isə Mahmudovu yaxşı tanıyır, çünki onun Rusiyada adı var. Komandalar onun səviyyəsinə yaxşı bələddilər. Transfer pəncərəsi bitənə qədər yekun qərar verəcəyik. Qaydalarla yaxından tanışsınız və bilirsiniz ki, azad agent statusu daşıyan oyunçulara əlavə iki həftə vaxt da verilir".

 

Agent Mahmudovun "Spartak"a mümkün keçidi barədə danışıb:

 

"Hadisələrə real yanaşaq. "Spartak"da hədəflər başqadır. Moskva klubunun yarımmüdafiə xəttində səviyyəli futblçular var. Həmçinin, bildiyim qədər bu mövqey üçün transfer axtarışında deyillər".

 

Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi “Boavişta”ya ötən yay “Krılya Sovetov”dan ayrıldıqdan sonra keçmişdi. Mahmudov Portuqaliya klubunda cəmi 12 oyunda meydana çıxıb və 1 qol vurub.

Xəbər xətti