Norveç millisinin baş məşqçisi: "Azərbaycan indi daha güclüdür"

14:59 - 28 Avqust 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının baş məşqçisi Lars Laqerbek açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlamasında sentyabrın 1-də millimizlə keçiriləcək oyun haqda danışan 69 yaşlı mütəxəssis yığma komandamızda müəyyən dəyişikliklər olduğunu bildirib:

 

“Azərbaycan millisi əvvəllər əsasən müdafiədən oynayırdı. İndi rəqibimiz daha güclüdür. Yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Onların bizi təəccübləndirəcəyini düşünmürəm. Ancaq futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Hədəfimiz qələbədir. Nə qədər çox qalib gəlsək, o qədər güclü olarıq”.

 

Xatırladaq ki, setybarın 1-də Osloda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti