Millimizin və "Kadis"in futbolçusu Eddi Silvestr Paskual İsrafilovun yeni komandası məlum olub.
Sportal.az xəbər verir ki, karyerası ərzində klublarını əlcək kimi dəyişən yarımmüdafiəçi karyerasını İspaniyanın Sequndasında davam etdirəcək. "Kadis"də ehtiyat oyunçular skamyasının daimi sakininə olan 25 yaşlı oyunçu "Ximnastik" klubuna keçib. İsrafilovla 3 illik müqavilə imzlanıb.
Qeyd edək ki, Eddi "Kadis"lə ötən ilin yayında müqavilə bağlamışdı. Millimizin üzvü "Real Mursiya", "Qranada", "Eybar" və "Kordoba" klublarında da top qovub.
saytlarin hazirlanmasi