"Arsenal"ın futbolçusu Qranit Caka İsveçrədə ilin ən yaxşı futbolçusu seçilib.
Sportal.az İsveçrə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində ilk dəfə mükafata sahib çıxıb.
İsveçrə millisinin çalışdırıcısı Vladimir Petkoviç isə ilin ən yaxşı məşqçisi adını qazanıb.
saytlarin hazirlanmasi