UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan "Qarabağ" transfer çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, Ağdam klubu İtaliyanın "Bolonya" klubunda çıxış edən Entoni Münyönu transfer etmək istəyib. Lakin 30 yaşlı futbolçu "atlılar"a krçmək istəməyib. Onun "Qarabağ"dan imtina etməsinin səbəbləri açıqlanmır.
2015-ci ildən "Bolonya"ya məxsus olan futbolçu son mövsümün ilk yarısını icarə əsasında "Sent Etyen"də, ikinci yarısını isə "Atalanta"da keçirib. Fransalı cinah oyunçusu "Sent Etyen"də şans qazanmayıb. "Atalanta"nın heyətində isə cəmi 5 matçda iştirak edib.
Qeyd edək ki, Fransanın 21 yaşlılardan ibarət milli komandasında forma geyinmiş Münyö karyerası ərzində "Lion", "Nitsa" və "Monpelye" kimi klubların da uğurları üçün çalışıb.
saytlarin hazirlanmasi