Millimiz DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçlə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Norveçin baş məşqçisi Lars Laqerbek açıqlama verib. Təcrübəli mütəxəssis yığmamıza və Almaniya millisinə qarşı keçirəcəkləri oyunlar haqda danışıb:
"Ümidsizliyə qapılmaq olmaz. Qrupda nəticələrimiz yaxşı olmasa da, vəziyyətimizi yaxşılaşdıra bilərik. Oyunlarda qalib gəlməyimiz lazımdı. Futbolçular qələbə ilə böyüyüb inkişaf edirlər. Şanslarımızın olmadığını bilirik. Hər iki oyunda yaxşı nəticə üçün ümid edirik. Azərbaycan və Almaniya ilə matçlara xüsusi önəm veririk. Qrupun son 3 matçında 2 xal toplasaq, əlbəttə, yaxşı nəticə sayıla bilməz. Üzərimizdə təzyiq olmasa da, yaxşı nəticəyə ümid edirik".
Qeyd edək ki, Norveç - Azərbaycan matçı sentyabrın 1-i, Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.
saytlarin hazirlanmasi