Millimiz İsrailə qarşı

10:12 - 31 Avqust 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün AVRO-2019-un seçmə mərhələsində ilk oyununa çıxacaq. 

 

Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda səfərdə İsrailin qonağı olacaq. 

 

Bu, Azərbaycan millisinin yer aldığı beşinci qrupda sayca dördüncü oyun olacaq. Yığmamız kimi bugünkü matç İsrail üçün də tsikldə ilk görüşdür.


Avropa çempionatı, seçmə mərhələ

V qrup

31 avqust

 

20:30. İsrail - Azərbaycan
Baş hakim:
Katalin Qaman
Yan xətt hakimləri: Mirça Qriqoriu, Marius Nikoara
Dördüncü hakim: Katalin Popa (hamısı Rumıniya)
Akko. Munisipial stadionu

Xəbər xətti