İran millisinin üzvü "Qarabağ"ın hədəfində

13:16 - 31 Avqust 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Yunanıstanın PAOK klubunda Pedro Enrikeni icarəyə götürən Ağdam klubu bu ölkədən daha bir oyunçunun keçidini həll etmək istəyir. "Atlılar" "Olimpiakos"un forvardı Kərim Ansarifardı tranfer hədəfinə alıb. "Qarabağ" İran yığmasının üzvünü 1 illik icarəyə götürmək istəyir. Məlumatı Yunanıstan mətbuatı yayıb.

 

Cənubi Azərbaycandan olan forvard bu ilin yanvar ayında "Panionios"dan "Olimpiakos"a 400 min avro qarşılığında keçib. Kərim İran millisinin heyətində 54 oyun keçirib və 15 qol vurub.

Xəbər xətti