"Transfer sehrbazı": "Qarabağ" o qədər də tanınmış komanda deyil"

13:51 - 31 Avqust 2017

"Roma"nın futbol direktoru Ramon Monçi Çempionlar Liqasının C qrupundakı rəqibləri haqda danışıb.

 

Sportal.az xəbər verir ki, "transfer sehrbazı" ləqəbi ilə tanınan məşhur futbol funksioneri çətin qrupa düşdüklərini bildirib:

 

"Çelsi” və “Atletiko” kimi möhkəm rəqiblərə qarşı oynamaq çox çətindi. Bu klublarlda müqayisədə “Qarabağ” o qədər də tanınmış komanda deyil. Onlar Çempionlar Liqasının debütantıdı. Məncə, bu qrupa düşməklə bəxtimiz gətirmədi”. 

 

Qeyd edək ki, “Qarabağ” tarixində ilk dəfə vəsiqə qazandığı ÇL-in qrup mərhələsində “Çelsi”, “Atletiko” (Madrid) və “Roma” ilə mübarizə aparacaq.

Xəbər xətti