Norveç millsinin futbolçusu: "İnanıram ki, bizdə hər hər şey alınacaq"

15:45 - 31 Avqust 2017

"Oyuna ciddi hazırlaşmışıq. Güclü təlim-məşq toplanışı keçmişik".

 

Sportal.az xəbər verir ki, bunu Norveç milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu Haytam Alisami Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

 

26 yaşlı cinah oyunçusu sabahkı oyunda qələbəyə ümidli olduqlarını açıqlayıb: "Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər hər şey alınacaq". 

 

Alisami "Palermo"dakı karyerasının dumanlı olduğunu da dilə gətirib: "Hələ hər şey dumanlıdır. Karyerama aydınlıq gəlməyib. Ümidvaram ki, tezliklə bu məsələyə son qoyulacaq".

 

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xəbər xətti