"Zenit"dən ayrılan futbolçu "Qarabağ"da?

18:27 - 31 Avqust 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Rusiyanın "Zenit" klubunun fransalı futbolçusu Yoann Mollonu heyətinə cəlb etmək istəyir. Sankt-Peterburq təmsilçisi ötən gün 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Rusiya mətbuatının yaydığı xəbərə görə, futbolçu yaxın günlərdə Ağdam klubu ilə müqavilə imzalaya bilər. Ancaq onun İngiltərənin Çempionşipində çıxış edən Fulhem" klubuna keçmək ehtimalı da var.

 

Qeyd edək ki, Mollo karyerası ərzində ölkəsinnin "Monako", "Nansi", "Sent-Etyen" kimi tanınmış klublarında forma geyinib. İspaniyanın "Qranada" klubunda da legioner həyatı yaşayan futbolçu 2016-cı ildən Rusiyada top qovurdu.

Xəbər xətti