Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma baş tutub. Azərbaycan millisi Norveç yığması ilə qarşılıb. Komandamız səfər oyununu Skandinaviyada keçirib. Bu oyuna qədər ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxa bilməyərək seriyanı 4-ə çatdırıb.
Yığmamız ilk oyunda Bakıda məğlub etdiyi rəqibinə 0:2 hesabı ilə uduzub.