Millimizin üzvü Çexiya klubunda

15:23 - 1 Sentyabr 2017

"Qəbələ"nin futbolçusu Fərid Nəbiyev karyerasını Çexiyanın “Slaviya” klubunda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçulardan ibarət milli komandamızın kapitanı Praqa təmsilçisi ilə 3 illik sözləşmə imzalayıb.

 

Futbolçunun keçidinə FİFA agenti Vaqif Heydərli vasitəçi olub.

 

Qeyd edək ki, Çexiyanın adlı-sanlı klublarından sayılan “Slaviya”nın əsası 1892-ci ildə qoyulub. Çexiyada son mövsümün çempionu olan “Slaviya” tarixi ərzində ölkəsində bütün mümkün titulları qazanıb. Komandaya təcrübəli mütəxəssis 55 yaşlı Yoraslav Şilqavı rəhbərlik edir. “Slaviya” ev oyunlarını 20800 tamaşaçı tutumuna malik “Eden Arena”da keçirir. 

 

Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü Kamran Ağayev də Çexiyada çıxış edir. Ağayev “Mlada” klubunun formasını geyinir.

Xəbər xətti