"Vacib qələbə qazandıq. Bu qalibiyyət bizim üçün əhəmiyyətli idi".
Sportal.az xəbər verir ki, bu sözləri Norveç millisinin futbolçusu Coşua Kinq söyləyib.
DÇ-2018-in seçmə mərhələsində millimizlə oyunda (2:0) fərqlənən hücumçu qol vurduğu üçün xoşbəxt olduğunu və Almaniya ilə oyuna da ciddi hazırlaşacaqlarını bildirib:
"Qol vurduğum üçün sevinirəm. Bu qələbə özümüzə inam verdi. Almaniya ilə oyuna da ciddi hazırlaşacağıq. Bizim üçün böyük sınaq olacaq".
saytlarin hazirlanmasi