“Real”ın baş məşqçisi Zinəddin Zidan DÇ-2006-nın İtaliyaya qarşı keçirilən final oyununda rəqib oyunçu Marko Materatsini kəllə ilə vurduğu üçün futbol ictimaiyyətindən üzr istəyib.
Sportal.az xəbər verir ki, mütəxəssis italiyalı futbolçunu vurduğu üçün fəxr etmədiyini dilə gətirib:
“Futbolu unikal idman növünə çevirən bütün insanlardan, məşqçilərdən və ictimaiyyətdən üzr istəyirəm. Bu hadisə mənim futbolçu karyeramın bir hissədir. Materatsini vurduğum üçün fəxr etmirəm. Əlbəttə, xoş olay deyil. Amma bu faktı qəbul etməliyik”.
Zidan Materatsiyə kəllə vurduğu üçün meydandan qovulmuş, İtaliya yığması isə penalti seriyasında qalib gələrək dünya çempionu olmuşdu.
saytlarin hazirlanmasi