DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olan San Marino 1:5 hesablı məğlubiyyətə üzülüb.
Sportal.az xəbər verir ki, matçdan sonra mətbuat konfransında qonaqların çalışdırıcısı Pyerancelo Manzarolli jurnalistlərin suallarını cavablandırıb
- Qol vurmağımız bizim üçün sevindirici haldı. Komandamız yenilənib. Hamısı gənc futbolçulardı. Çalışırıq bu heyətlə uğur qazana bilək.
- Adətən kiçik ölkələr başqa ölkələrdən olan futbolçuları milliləşdirirlər. Sizin bu taktikadan istifadə etmək fikriniz yoxdu?
- Xeyr, çünki San Marinoda qaydalar çox sərtdi. Ona görə də legioner futbolçuları milliləşdirə bilmirik. Çalışırıq ki, yerli futbolçularla ölkəmizi layiqincə təmsil edək.
- İlk oyunla bu oyunu müqayisə etsəz, Azərbaycan millisi haqda nə deyə bilərsiz?
- Dünən qeyd etdiyim kimi, Azərbaycan futbol ənənəsi olan ölkədi. "Qarabağ" ÇL-in qrup mərhələsinə düşməklə bunu sübut etdi