Robert Prosineçki: "Heç vaxt futbolçularıma belə göstəriş vermirəm" MÜSAHİBƏ

22:35 - 4 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinonu qəbul edən yığmamız 5:1 hesablı qələbə qazanıb.
 
Sportal.az
xəbər verir ki, matçdan sonra yığmamızın çalışdırıcısı Robert Prosineçki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu qələbəni qurban bayramı münasibətilə Azərbaycan xalqına həsr edirik. 90 dəqiqə ərzində üstünlük bizdə oldu. Komandamın oyunundan razı qaldım. Norveçlə oyunda çox səhvlərə yol verdik. Şadam ki, o matçdan sonra belə oyun göstərə bildik.

 

- Təmkin Xəlilzadənin oyunundan razı qaldız?
- Bəli, nun oyunundan razı qaldım. Həm müdafiədə etibarlı idi, həm də hücumlara yaxşı qoşulurdu. İlk oyunu olmasına baxmayaraq, özünü yaxşı göstərdi.

 

- Bundan sonra millimizin hədəfi nədi?
- Qarşıda bizi 2 oyun gözləyir. Bakıda Çexiya ilə oynayacağıq. Səfərdə onlardan 1 xal ala bilmişik. Evdə də yaxşı oynamağa çalşşacağıq. Almaniya ilə oyuna gəlincə, özümüzü aldatmayaq. Mübarizə aparmağa çalışacağıq.

 

- Norveçlə oyunda Dmitri Nazarov sanki bilərəkdən sarı vərəqə aldı. Bu, cəzanı San Marino ilə oyunda çəkməsi üçün sizin tapşırığınız idi?
- Heç vaxt futbolçularıma belə göstəriş vermirəm. Nazarov özü belə edibsə, nəsə deyə bilmərəm.

 

- Ruslan Abışov hələ də Prosinçekinin komandasında özünə yer tapa bilmir. Bunun səbəbi nədir?
- Ruslanı da əvəzetmədən oyuna daxil edə bilərdim. Amma başqa qərar verdim. Ruslan hələ tam formada deyil. Formasını tam yığdıqdan sonra ona da şans verəcəm.

 

- Renat Dadaşov milli də debüt etdi. Amma əlinə düşən şanslardan yaxşı istifadə edə bilmədi. Növbəti oyunlarda ona güvənəcəksiz?
- Dünən demişdim ki, imkan olsa, ona şans verəcəm. Hələ tələsməyək. Növbəti oyunlara oynayıb-oynamayacağı ilə bağlı indidən qərar verə bilmərəm. Onun əsas məqsədi "Ayntraxt"ın əsas komandasına yüksəlməkdi. Bu tskldə olmasa da, növbəti tsikldə bizim əsas futbolçularımızdan olacaq.

 

- Rəşad Sadıqov həm Norveçlə oyunda, həm də bu gün qol vurmasına baxmayaraq səhvlərlə yadda qaldı. Rəşadın milli karyerası ilə bağlı nə düşünürsüz?
- Baxır hansı səhv edirsən. Bu gün Rəşadın kobud səhvi olmadı. Rəşad həm millinin, həm də klubun əsas oyuncusudur. O, Azərbaycan futbolu üçün vacibdir. Gələcəkdə hər şey onun fiziki durumundan asılıdı. Oynamasa da, növbəti təlim-məşq toplanışında olacaq.

 

- Hamı Ramil Şeydayevdən qol gözləyirdi. Siz də onu 90 dəqiqə meydanda saxlamaqla sanki qol vurmağını gözləyirdiz. Belə bir gözləntiniz var idi?
- Ramil əzmkar futbolçudu. Bu gün yaxşı oynadı. Təəssüf ki, şanslarından istifadə edıə bilmədi. Bir qol vursa, ayağı açılacaq. Gələcəkdə Ramilin oyunundan həzz alacağıq. Qol vurmağını həm istəyirdim, həm də gözləyirdim.

Xəbər xətti