Təmkin Xəlilzadə: "Adi oyun kimi yanaşırdım" MÜSAHİBƏ

23:48 - 4 Sentyabr 2017

Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə DÇ-2018-in seçmə mərhələsində San Marino üzərində qələbə qazandığımız oyundan sonra (5:1) jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az saytı yığada debüt edən futbolçunun müsahibəsini təqdim edir:
 
- Oyuna yaxşı hazırlaşmışdıq. Doğma divarlar arasında oynadığımız üçün bizi ancaq 3 xal qane edirdi. Şükürlər olsun ki, azarkeşlərimizi məyus etmədik və qalib gəldik.
 
- 5 qol vurmağınız gözlənilməz olmadı?
- Yaxşı komandamız və baş məşqçimiz var. Oyundan əvvəl də deyilmişdi ki, fürsətlərdən maksimum yararlanmaq lazımdır. Futbolçular bu matçda əllərindən gələni etdilər.
 
- Debüt matçın necə keçdi?
- Ciddi həyəcan yox idi. Adi oyun kimi yanaşırdım. Buna kənardan qiymət vermək daha düzgün olardı.
 
- Ötürmə verdiyin epizod avtoqolla nəticələndi...
- Qələbədə pay sahibi olmaq əla hissdir. Ancaq sizə onu deyim ki, əsas komandamızın uğurudur. Mənim və ya başqasının vurmasının ciddi əhəmiyyəti yoxdur.

Xəbər xətti