Argentinanın və dünya futbolunun əfsanələrindən olan Dieqo Maradona ölkəsinin Uruqvayla DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi oyun (0:0) danışıb.
Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaolinin ünvanına sərt tənqidlər səsləndirib. O, Mauro İkardi və Qonsalo İquayn haqda fikirlər səsləndirib:
"Qorxulu bir milli komanda gördüm. Məncə Sampaolinin milli komandaya çağırdığı futbolçulardan daha yaxşılarına sahibik. İquayn bəzi qolları qaçıra bilər, amma dünyanın hər yerində tanınan İquaynın yerinə milliyə başqa hücumçu çağırmazlar. Əgər İkardini Qabriel Batistuta ilə müqayisə etməyə çalışsaz, böyük səhv etmiş olarsız".
saytlarin hazirlanmasi