Sentyabr ayının bir neçə gününü arxada qoysaq da, Azərbaycan çempionatının 1-ci divizionu ilə bağlı qeyri-müəyyənlik davam edir. Hələ də çempionatda iştirak edəcək komandaların sayı, püşkatma tarixi və startı dəqiqləşməyib.
Bu suallara PFL-in prezidenti Ramin Musayev cavab verib. Sportal.az saytına danışan qrum prezidenti bəzi məsələlərə aydınlıq gətirib:
“14 komanda müraciət edib. Sadəcə, bəzi nüanslar var ki, biz onları araşdıracağıq. Amma onların hamısı çempionatda çıxış etməyəcək. Püşkatma mərasimi sentyabrın 15-nə kimi keçiriləcək. Bundan bir həftə sonra – ayın 20-nə kimi isə çempionat başlayacaq”.
Qeyd edək ki, ötən mövsüm divizionda 14 komanda mübarizə aparıb.
saytlarin hazirlanmasi