Vidaldan gözlənilməz qərar

18:08 - 6 Sentyabr 2017

Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın və Çili yığmasının futbolçusu Arturo Vidal gözlənilməz qərar verib.


Sportal.az xəbər verir ki, 30 yaşlı təcrübəli yarımmüdafiəçi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatından sonra milli komanda karyerasını sonlandıracağını açıqlayıb.


Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qrupda 6-cı pillədə qərarlaşan Çilinin mundiala vəsiqə qazanmamaq təhlükəsi var.

Xəbər xətti