Seçmə mərhələ oyunu yenidən keçiriləcək

10:20 - 7 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən ilin 12 oktyabrında keçirilən CAR – Seneqal (2:1) matçı yenidən oynanılacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb qarşılmanın danışılmış olmasıdı.

 

Belə ki, görüşün baş hakimi Jozef Lampeti matçın gedişində qonaqların qapısına haqsız penalti təyin edib. FİFA-dan edilən açıqlamada matçın təkrarlanacağı, qanalı referinin isə birdəfəlik hakimlikdən uzaqlaşdırılacağı deyilib. Nəzərdə tutulan oyun noyabrda baş tutacaq.

 

Qeyd edək ki, matçın nəticəsinin ləğvindən sonra Seneqal qrupda 5 xalla 3-cü, CAR isə 1 xalla sonuncu – 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti