“Səbail” “Dalğa Arena”nın köməkçi meydançasında bu il I divizionda çıxış edəcəyi gözlənilən “Binə” komandası ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə “Səbail”in xeyrinə başa çatıb. Vüqar Nadirovun dubl etdiyi oyunda, hərəyə bir dəfə Renan Telles və Elman Taqayev fərqlənib.
Qeyd edək ki, "Səbail" Premyer Liqanın 4-cü turunda "Qarabağ"la qarşılaşmalı olsa, da ağdamlıların Çempionlar Liqasında "Çelsi" ilə oyununa görə bu matç təxirə salınıb.
saytlarin hazirlanmasi