Bu gün "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
12 sentyabr
UEFA Gənclər Liqası
16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0
Qollar: Hudson Odoi, 54, Luk Makkormik, 63, 71, 74, Çarli Broun, 80
Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49
Baş hakim: Robert Hennessi
Yan xətt hakimləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim: Con Basbi (İngiltərə)
UEFA nümayəndəsi: Bert Andersson (İsveç)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
Surrey. “Çelsi”nin təlim-məşq bazasının stadionu
"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu
"Çelsi": Kamminq, Ceyms, Kolli, Çaloba, Dasilva, Ampadu, Sterlinq, Makkormik (k), Teylor-Krossdeyl, Meddoks, Xadson-Odoi
Ehtiyat oyunçular: Bulka, Familio-Kastilyo, Braun, Makikran, Qei, Qallaxer, Qrand
"Qarabağ": Məmməd Hüseynov, Turan Manafov, Süleyman Əhmədov, Oliver Stoymenovski,Zaur Fərzəliyev (k), Əsgər Hüseynov,İbrahim Qədirzadə, İbrahim Əliyev, Elçin Əsədov,Boyan Miovski,Yusif Həsənov
Ehtiyat oyunçular: Rəhim Rəhimli, Rahid Ağazadə, Ülvi İbrahimov, Əli Əliyev, Famin Əliyev, İbrahim Hüseynov, Taleh Rzayev.
saytlarin hazirlanmasi