Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb.
Ağdam klubu səfərdə turnirin favortilərindən olan “Çelsi”nin qonağı olub. Görüş Antonio Kontenin komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
“Çelsi” – “Qarabağ” 6 - 0
Qollar: Pedro Rodriqes, 5, Davide Zappakosta, 30, Sezar Aspilikueta, 55, Timue Bakayako, 71, Mişi Batşuayi, 76, Maksim Medvedev, 82 (avtoqol)
saytlarin hazirlanmasi