“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Çelsi”yə 0:6 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçuları sosial şəbəkə hesablarında matçla bağlı paylaşımlar ediblər.
Yakub Jezniçak: “Yaxşı dərsdir, çünki bu Çempionlar Liqasıdır”.
Dino Ndlovu: “Məğlubiyyət hər zaman pis təsir edir. Amma biz “Qarabağ”ıq. Biz uğursuz və məğlubiyyətlərə alışan komanda deyilik. İstədiyimizi göstərə bilməyəndə və inkişafı dayandırdığımız vaxt “Allah həmişə böyükdür” deyib yolumuza davam edəcəyik”.
Mahir Mədətov: “Bəzən qazanarsan, bəzən isə öyrənərsən”.
Pedro Enrike: “Uğursuz nəticəyə rəğmən bu şounun bir hissəsi olmaq möhtəşəmdir. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Biz bir komandayıq, biz “Qarabağ”ıq. Amma rəqibin böyüklüyünü və oyun keyfiyyətini unutmamalıyıq”.
Qara Qarayev: “Hər kəsə təşəkkür edirəm. Belə anlarda sizin dəstəyinizi hiss etmək möhtəşəmdir”.
saytlarin hazirlanmasi