Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.
Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
Turun ilk oyunu "İnter Arena"da keçiriləcək. Meydan sahibi "İnter" Sumqayıtın eyniadlı komandasını qəbul edəcək. 4 turdan sonra aktivində 6 xal olan komandaların dueli saat 16:30-da start götürəcək.
Günün son oyununda isə "Neftçi" "Zirə"ni qəbul edəcək. Tərlan Əhmədovun baş məşqçi postuna təyin olunmasından sonra ilk matçına çıxacaq "ağ-qaralar" "Zirə" üzərində ilk qələbəsini qazanmağa çalışacaq. "Bakcell Arena"da baş tutacaq görüş saat 19:00-da başlayacaq.
Topaz Premyer Liqası
V tur
16 sentyabr (şənbə)
16:30. “İnter” - “Sumqayıt” - 1:1
Qollar: Sertan Taşkın, 11 - Rəşad Eyyubov, 49
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”
19:00. “Neftçi” - “Zirə” 1:2
Qol: Uqo Barqas, 53 - Vüsal İsgəndərli, 17, Riçard Qadze, 52
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena”