Portuqaliya ikinci liqasında (Sequnda liqa) 7-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Akademika” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
Nəsirov da bu matçın iştirakçısı olub. Zədədən yeni qayıdan yarımmüdafiəçi 58 dəqiqədə meydana buraxılıb.
"Sportinq" hazırda 10 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi