Almaniya 2-ci Bundesliqasında 6-c turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" doğma meydanda "Nürnberq"lə qarşılaşıb və bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 1:6.
Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda olub.
"Duysburq" geridə qalan turlarda topladığı 7 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi