Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki,gün ərzində iki oyun baş tutacaq. Hər iki matç Bakıda keçiriləcək.
Günün ilk görüşündə "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Tura "Dalğa Arena"da yekun vurulacaq. Burada meydan sahibi "Səbail" "Qəbələ"ni qəbul edəcək. Bu matçın start fiti saat 21:00-da səslənəcək.
17 sentyabr (bazar)
Topaz Premyer Liqası, V tur
18:30. “Qarabağ”- “Kəpəz” 2 - 0
Qollar: Coşqun Diniyev, 34, Dani Kintana, 80
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
21:00. “Səbail” - “Qəbələ” 1 - 3
Qol: Vüqar Nadirov 55 // Baqali Dabo 42, 90+3; Asif Məmmədov 60
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
“Dalğa Arena”, 21:00