Topaz Premyer Liqasının 5-ci turunu stadiondan izləyən azarkeş sayı məlum olub.
Sportal.az xəbər verir ki, ən çox azarkeş “Qarabağ” - “Kəpəz” oyununda (2:0) qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçı cəmi 2800 tamaşaçı tribunalardan izləyib.
Turun ən aşağı nəticəsi isə Mərdəkandakı “Dalğa Arena”da qeydə alınıb. “Qəbələ”nin “Səbail” üzərində 3:1 hesablı qələbəsinə, cəmi 200 azarkeş tribunalardan canlı şahidlik edib.
Digər oyunlardan 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Zirə” qarşılaşmasını (1:2) 1620, “İnter Arena”da baş tutmuş “İnter” - “Sumqayıt” matçını (1:1) isə 500 tamaşaçı tribunalardan izləyib.
Ümumilikdə, turun 4 oyununu 5120 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 1280 tamaşaçı deməkdi.
saytlarin hazirlanmasi