"Neftçi" bərbad halda, Orxan Hüseynzadə kabinet hayında

15:05 - 22 Sentyabr 2017

Orxan Hüseynzadənin prezident təyin olunması “Neftçi”də şuralaşma sisteminin sonu demək idi. Düzdü, bu barədə heç bir rəsmi məlumat verilmədi, heç nə danışılmadı. Lakin mövcud durumda artıq sözə ehtiyac da yoxdur.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Çingiz Abdullayev artıq “Neftçi”dəki kabinetini də boşaldıb, birdəfəlik oralardan uzaqlaşıb. Bəlkə də oyunlarda stadiona gələr, ancaq “Neftçi”nin bazasına işə gəlməyəcəyi dəqiqdi.

 

Bütün bu hadisələrdə ən maraq doğuran məqam Orxan Hüseynzadə ilə bağlıdır. Çingiz Abdullayev kabinetini boşaldar-boşaltmaz, Hüseynzadə dərhal bazanın ən dəbdəbəli otağına əl qoyub. Burada deyiblər, “utanmasan, oynamağa nə var ki...” “Neftçi”ni əvvəlkindən də bərbad hala salan prezident anlamır ki, onun belə davranışı nəinki kənarda, hətta klub daxilində də ikrah hissi oyadır. Hələ onu demirik ki, Orxan Hüseynzadə “Neftçi” kimi klubu idarə eləməyə layiq kadr deyil. Anladıq, yuxarıların tapşırığı ilə otuzdurulub ölkənin ən köklü klubunun rəhbər qoltuğuna. Heç olmasa, belə məsələlərdə diqqətli olun. Axı, hansı xidmətlərinizə görə siz o dəbdəbəli kabineti özünüzə layiq bilirsiz? Heç olmasa, gözləyərdiz bir az nəticələr düzəlsin, sonra ora köçərdiz. Amma bir məsələ də var ki, bu gedişlə çətin ki "Neftçi"nin nəticələri yaxın zamanlarda düzəlsin...

Xəbər xətti