“Komandamızın hücum xəttinin bu mövsüm inamlı çıxış etməsi təsadüf deyil".
Sportal.az xəbər verir ki, bunu millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib. Nazarovun çıxış etdiyi Almaniya II Bundesliqa təmsilçisi "Aue" bu gün öz meydanında “Sandhauzen”i qəbul edəcək. Bu mövsüm çempionatda 2 qol vuran millimizin yarımmüdafiəçisi bugünkü görüş barədə qısaca danışıb. O, komandasında futbolçuların bir-birini çox yaxşı başa düşdüyünü bildirib:
"Bir-birimizi gözüyumulu başa düşürük. Oyun zamanı kimin necə davranacağını yaxşı bilirik. Hücum xəttindəki futbolçularımızın boş zonaya nə vaxt açılacağını, hansı sürətlə qaçacağını hər birimiz bilirik. “Sandhauzen”lə görüşdə də qollarımızı davam etdirməyə çalışacağıq".
"Aue" - “Sandhauzen” matçı Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
7 turdan sonra “Sandhauzen” 14 xalla turnir cədvəlində 2-ci, "Aue" isə 10 xalla 9-cu yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi