Tərlan Əhmədovun "Neftçi"yə baş məşqçi təyin olunmasından sonra Nizami Hacıyevin "ağ-qaralar"a keçməyə razılıq verməsi barədə mətbuatda xəbərlər dolaşır.
Sportal.az saytı Rekord.az-a istinadən xəbər verir ki, bu məsələ "ağ-qaralar"la "İnter"in arasında inciklik yaradıb. Məlumata görə, "İnter"in prezidenti Zaur Axundov AFFA-nın baş katibi Elxan Məmmədovdan "Neftçi" ilə bağlı narazılıq edib. O, xahiş edib ki, məsələyə müdaxilə etsin və "Neftçi" rəhbərliyinə, Tərlan Əhmədova desin ki, onlar "İnter"in futbolçularına toxunmasınlar.