Latviya birinci liqasında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" səfərdə "Rezeknes"lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Start heyətdə meydana çıxan Vüqar 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da Vüqar vurub. 37-ci dəqiqədə hesabı açan futbolçumuz 90-cı dəqiqədə də penaltidən fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu 15 qolla komandasının ən məhsuldar futbolçusu ünvanını qoruyub.
"Olayne" 21 turdan sonra 38 xalla 12 komanda arasında 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi