Azərbaycanlı futbolçunun komandasında yeni baş məşqçi

17:57 - 25 Sentyabr 2017

Azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi Makedoniyanın “Pobeda” klubunun baş məşqçi postunda dəyişiklik olub.

 

Sportal.az xəbər verir ki,  Zoran Şteryovski komandadan ayrılıb. Onun istefaya göndərilməsinə komandanın cari mövsümə uğursuz start verməsi səbəb olub.

 

Artıq yeni baş məşqçinin kimliyi də məlum olub. Belə ki, “Pobeda” rəhbərliyi Slavolyub Bubanyanı mövsümün sonuna kimi baş məşqçi postuna gətirib.

 

“Pobeda” Makedoniya çempionatında keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb və 5 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti