Futbol üzrə Makedoniya çempionatında 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” səfərdə “Renova”nın qonağı olub. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.
“Pobeda” geridə qalan turlarda 9 xal qazanıb və 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi