Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxdığı görüşün fasiləsində əvəzlənib.
“Duysburq” geridə qalan turlarda topladığı 8 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi