İspaniya Sequndasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” səfərdə “Tenerife” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Eddi bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ethiyat oyunçular skamyasından izləyib.
“Ximnastik" geridə qalan turlarda cəmi 5 xal toplayıb və hazırda 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi