Milli komandaların seçmə mərhələ oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Səbail” və “Kəpəz” klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, sözügedən komandalar “Dalğa Arena”nın 2-ci meydançasında qarşılaşıblar. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 1:1.
“Kəpəz”in heyətində Sergey Çernışev fərqlənib. Paytaxt təmsilçisinin qolunu isə Nurlan Novruzov vurub.
saytlarin hazirlanmasi