“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
Sportal.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun qazonunda yenilənmə işləri aparıldığını rəhbər tutaraq Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini istəyib. “Neftçi” klubunun müraciətini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib.
Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Səbail” matçı 15 oktyabr 2017-ci il tarixdə “Dalğa Arena” stadionunda keçirilsin.
VIII turda meydan sahibi “Səbail” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Neftçi” klubu təsdiq edilsin.
saytlarin hazirlanmasi