Bu gün Azərbaycan kubokunda 2017/18 mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, kubokun ilk, 1/16 final mərhələsində iki oyun keçirilib. İlk mərhələdə birinci divizion təmsilçiləri mübarizə aparıb.
“Ağsu” “Mil-Muğan”ı qəbul edib və 0:1 hesabl ilə uduzub. MOİK isə evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, “Mil-Muğan” növbəti mərhələdə “Qəbələ” ilə, MOİK isə “İnter”lə qarşılaşacaq.
11 oktyabr
14:00 Ağsu - Mil-Muğan - 0:1
Qol: Vasif Mehrəliyev, 80
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Ağsu. Şəhər stadionu
14:00 MOİK - Turan Tovuz - 2:1
Qollar: İsmayıl İbrahimli, 13, Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu