“Neftçi” fanatlarının əksəriyyəti ümid eləyirdilər ki, Tərlan Əhmədovun gəlişi ilə nəsə dəyişəcək, ölkənin ən köklü klubunun autsayderə çevrilməsində birbaşa iştirakçı olan legionerlər göndəriləcək və daha səviyyəli oyunçular gətiriləcək. Amma azarkeşlər saydıqlarını saysınlar, görsünlər Orxan Hüseynzadə nə sayır oturduğu dəbdəbəli kresloda.
Bu gün “Neftçi” iki futbolçusu ilə müqavilə yeniləyib. Uqo Barqas və İqnasio Errera mövsümün sonuna qədər “ağ-qaralar”ın heyətində qalacaq. Maraqlı gedişdi, elə deyilmi? Məntiqlə, imkan düşmüşkən, rəhbərlik müqaviləsi bitən legionerləri yola salmalı, onların əvəzinə daha güclülərini dəvət etməliydi. Nə Barqas, nə də Errera Premyer Liqanın yaxşı legionerləri sırasındadı. Digər tərəfdən axırıncı yerlərdə gedən komandanın legionerlərinə yaxşı demək çox gülünc səslənər. Çünki bu futbolçuların “Neftçi”si hal-hazırda autsayderdi.
Belə məqamda ortaya başqa məqamlar çıxır. Hər iki futbolçu Orxan Hüseynzadənin iştirakı ilə həyata keçirilən transferlər nəticəsində “Neftçi”yə gətirilib. Orası aydındır ki, Hüseynzadə demək olar ki, “Neftçi”də bütün səlahiyyətlərini itirib. Lakin ən çətin durumda belə öz maraqlarına xidmət eləməyə çalışan Hüseynzadə bu futbolçuları “Neftçi”də saxlamağa nail olub. Məncə, artıq şərhə ehtiyac yoxdur. Legioner bir klubda davam edirsə, menecerlərə olan ödənişlər də davam edir...
Elçin
saytlarin hazirlanmasi