Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxdığı görüşün fasiləsində əvəzlənib.
“Duysburq” geridə qalan turlarda topladığı 9 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi