Bu gün Topaz Premyer Liqasında 8-ci turun daha 2 qarşılaşması keçiriləcək.
Sportal.az xəbər verir ki, 2-ci oyun günündə ilk matç Zirədə eyni adlı komanda ilə “Kəpəz” arasında olacaq. Dünən lider “Qarabağ”ın qələbəsindən sonra ağdamlılardan geri qalmamağa çalışan “qartallar”ın bu oyunda əsas hədəfi 3 xaldı. Son turda səfərdə “Qəbələ”ni üstələməklə cari mövsümdə ilk qələbəsini qazanan gəncəlilər üçün isə bu oyunda qazanılacaq 1 xalı da qənimət hesab etmək olar.
Günün son görüşündə isə “Sumqayıt” doğma meydanında”Qəbələ”ni qəbul edəcək. 3 və 4-cü pillənin sahiblərinin duelində qonaqlar kağız üzərində favorit olsa da, onların bu görüşdə 3 xal qazanacağını demək çətindi. Evdə inamlı təsir bağışlayan “kimyaçılar” bu qarşılaşmada qonaqlara əməlli-başlı başağrısı ola bilər.
14 oktyabr (şənbə)
“Zirə” – “Kəpəz” - 3:0
Qollar: Təmkin Xəlilzadə, 48, 64, Riçard Qadze, 76
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Sumqayıt” – “Qəbələ” - 0:1
Qol: Famussa Kone, 29
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”, 18:00