Futbol üzrə Makedoniya çempionatında 10-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pelister”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.
“Pobeda” geridə qalan turlarda 9 xal qazanıb və 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi